Qarabağda döyüşən ermənilər bəyanat YAYDI

Qarabağda döyüşən ermənilər bəyanat YAYDI

“Biz bütün azadlıq mübariz dostlarımızı və könüllülərimizi Erməni Apostol Kilsəsini dəstəkləməyə çağırırıq”. 

“Cebheinfo.az” xəbər verir ki, bu, Ermənistandakı Qarabağ Müharibəsi Veteranları Birliyinin yaydığı məlumatda deyilir.

Bəyanatda qeyd olunur:

"2018-ci ildən Ermənistanda erməni millətinin və erməni dövlətçiliyinin sütunlarına - konstitusiyaya, Ermənistan ordusuna, Erməni Apostol Kilsəsinə və bütün ermənilərə qarşı  antimilli, türkyönlü klan hakimiyyətə gəlib. Hakim klan kilsəni təcrid edib susdurmaq, onun təsirini zəiflətmək və bununla da öz planlarında zəmin yaratmaq istəyirdi və istəyir.

Onların mübarizəsi bir və ya bir neçə din xadiminə qarşı deyil, erməni kilsəsinin əsl rolu və müqəddəs missiyası olan Eçmiədzin Ana Taxt-Tacının ruhuna qarşı yönəlib.

Odur ki, Qarabağ Müharibəsi Veteranları Birliyi bütün ermənilərin katolikosuna və bütün keşişlərə dəstəyini bildirir”.

Xəzər
“Cebheinfo.az”