Qarabağı “kozır” adlandıran Şirxanyan vəfat etdi

Qarabağı “kozır” adlandıran Şirxanyan vəfat etdi

Ermənistan müdafiə nazirinin keçmiş müavini Vaan Şirxanyan uzun sürən xəstəlikdən sonra vəfat edib.

Onun 77 yaşı var idi. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Şirxanyanın yaxınları məlumat verib.

O, 1990-cı ildə Ermənistan Ali Sovetinin deputatı seçilib. Həmçinin Ermənistan prezidentinin müşaviri, hökumətin 10-cu departamentinin rəhbəri işləyib. O, Erməni Milli Hərəkatının üzvü olub.

Şirxanyan Azərbaycana və Türkiyəyə qarşı düşmən mövqeyini daim açıq şəkildə bəyan edib.  44 günlük Vətən müharibəsindən əvvəl “İrəvanın 4 “kozırı” var idi: diaspor, “erməni soyqırımı”, rus bazası və Qarabağ. Biz onlardan düzgün istifadə etsəydik, qalib mövqedə olardıq”, - deyə Şirxanyan qeyd edib və əlavə edib ki, İrəvan bu “kozır”ları bir-bir itirib.

Xəzər
“Cebheinfo.az”