Ticarət danışıqları yenidən başlayır

Ticarət danışıqları yenidən başlayır

ABŞ ilə Kanada arasında münasibətlər isinməyə başlayıb. 

Kanadanın qüvvəyə minməsi planlaşdırılan və ABŞ texnologiya şirkətlərini hədəf alan “Rəqəmsal Xidmət Vergisi” toplama planlarını dayandırması Vaşinqton tərəfindən müsbət qarşılanıb. 

"Cebheinfo.az" xəbər verir ki, Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett bu addımdan sonra Vaşinqtonun Ottava hökuməti ilə ticarət danışıqlarına “dərhal” başlayacağını bildirib. “Fox News”-a danışan Hassett danışıqların yenidən başlayıb-başlamayacağına dair sualı “Əlbəttə başlayacaq” deyə cavablayıb. 

O, ABŞ Prezidenti Donald Trampın G7 zirvəsində Kanada Baş naziri Mark Karnerdən bu vergidən imtina etmələrini istədiyini bildirib. Kevin Hassett deyib: 

“Bu, onların araşdırdıqları bir məsələ idi və indi razılaşıblar. Bu, danışıqlara qayıda biləcəyimiz deməkdir”. 

ABŞ Ticarət naziri Hovard Lutnick isə vergi qərarının dayandırılmasından sonra sosial media hesabında belə yazıb: 

“Kanadaya, Amerika innovasiyasını boğmağı hədəfləyən və ABŞ ilə hər hansı ticarət razılaşması üçün əngəl yaradan Rəqəmsal Xidmət Vergisini ləğv etdiyinə görə təşəkkür edirik”. 

Nigar Hacılı 
"Cebheinfo.az"