Trampa 400 milyonluq hədiyyənin SİRRİ

Trampa 400 milyonluq hədiyyənin SİRRİ

Qətərin ABŞ Prezidenti Donald Trampa dəyəri təxminən 400 milyon dollar olan lüks "Boeing 747-8" təyyarəsinin hədiyyə etmək istənməsi xəbəri amerikalı siyasətçilərin ciddi narazılığına səbəb olub. 

"Cebheinfo.az" "Axios"-a istinadən bildirir ki, Nyu-York ştatından demokrat konqresmen Riççi Torres bu məsələ ilə bağlı ABŞ Hesablama Palatasına, Etika İdarəsinə və Pentaqonun baş inspektoruna müraciət edərək araşdırma aparılmasını tələb edib. 

Qətərin bu "çox səxavətli" hədiyyə ideyasına qarşı çıxanlar arasında demokratların Senatdakı lideri və Kaliforniya senatoru Adam Şiff də var. "Politico" yazır ki, Qətər hələ Trampa təyyarəni hədiyyə etmək barədə son qərarını verməyib, amma narahatlıq və suallar artıq gündəmdədir: bu cür hədiyyənin arxasında nə dayanır? 

Səbinə Uğur 
"Cebheinfo.az"