Yeni evlənən Kadırov Putinə təşəkkür edib

Yeni evlənən Kadırov Putinə təşəkkür edib

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Putinə müraciət edib və onunla fotosunu yayıb.

“Cebheinfo.az” xəbər verir ki, Ramzan Kadırovun 17 yaşlı oğlu Adam çeçen xalqı üçün etdiyi hər şeyə görə Rusiya liderinə təşəkkür edib.

“Sizin daimi diqqətiniz bizim ailəmiz üçün xüsusilə dəyərlidir”, - Adam yazıb.

O söz verib ki, çeçenlər Prezidenti yarı yolda qoymayacaqlar. Fotoda kiçik Kadırov Putinin əlini sıxır. Fotonun dəqiq harada çəkildiyi göstərilməyib.

İyunun 28-də Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin kiçik oğlu, 17 yaşlı Adam Kadırovu toyu münasibətilə şəxsən təbrik edib. Kadırov dövlət başçısına təşəkkür edib və Putinin təbrikinin “gözəl diqqət əlaməti” olduğunu bildirib.

Kreml bununla bağlı rəsmi açıqlama verməyib. Bir müddət əvvəl kiçik Kadırovun bacısı Ayşət onun toyu haqda danışıb.

Qızın dediyinə görə, şənlik onun ata-babasının Axmat-Yurt kəndindəki evində keçiriləcək, ancaq televiziyada göstərilməyəcək. Kadırovun oğlu həmin kənddən olan Medni adlı bir qızdır.

Bundan əvvəl 17 yaşlı Adam Kadırovn qolunda 30 milyon dollar dəyərində saat görüntülənib.

Xəzər
“Cebheinfo.az”