Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Azərbaycanda səfərdədir

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Məmiş Azərbaycanda rəsmi səfərdədir.
Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidməti bildirib.
“Milli Təhlükəsizlik Şurasının baş katibi Vali Okay Məmiş Azərbaycana rəsmi səfəri çərçivəsində səfirimiz Birol Akgünə nəzakət ziyarəti edib”, – Bakıdakı diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, daha əvvəl Məmiş Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin rəhbəri olub. O, MTŞ baş katibi vəzifəsinə bu ilin fevral ayında təyin olunub.
"Cebheinfo.az"