Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək - Bu dəfə 5 gün

Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək - Bu dəfə 5 gün

COP29-un uğurla başa çatmasından sonra Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək.

"Cebheinfo.az"  xəbər verir ki, sentyabrın 29-dan oktyabrın 3-dək Bakıda keçiriləcək tədbirə dair məlumat COP29-un Prezidenti Muxtar Babayev və BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai tərəfindən verilib.

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində beynəlxalq konfrans, seminarlar, dəyirmi masalar və mədəni tədbirlər keçiriləcək. Tədbirdə iqlim sahəsində çalışan mütəxəssislər, dövlət qurumları, investorlar və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gələcək.

Bu il Bakı İqlim Fəaliyyəti Həftəsinin proqramına enerji keçidi, davamlı kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunması, şəhərlər və tikinti mühiti, elm, texnologiya və innovasiya, davamlı iqtisadi inkişaf, KOB və yaşıl bacarıqlar, gənclər və yeni nəsil startaplar, iqlimə uyğunlaşma və dayanıqlılıq kimi əsas mövzular daxildir.

"Cebheinfo.az"