Azərbaycanda DƏHŞƏT: Əsir kimi saxlayıb zorla işlətdi

Azərbaycanda DƏHŞƏT: Əsir kimi saxlayıb zorla işlətdi

 Azərbaycanda bir nəfəri məcburi əməyə cəlb edən şəxsə hökm oxunub.

Etibar Sozalı oğlu Əliyev zərərçəkmiş şəxsə hədə-qorxu gəlməklə, zor tətbiq etməklə, zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa azadlığını məhdudlaşdırmaqla məcburi əməyə cəlb edərək istismar etdiyinə görə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 144-2.1 (məcburi əmək) maddəsi ilə cinayət işi başlanılıb və işin halları ətraflı araşdırılmış aidiyyəti üzrə məhkəməyə göndərilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Etibar Sozalı Əliyev oğlu 6 il müddətinə azadlıqdan məhrum edilib. (Lent.az)

“Cebheinfo.az”