Maştağada avtomobil işıq dirəyini aşırıb: Onlarla ev işıqsız qalıb

Maştağada avtomobil işıq dirəyini aşırıb: Onlarla ev işıqsız qalıb

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində elektrik enerjisinin verilməsində problem yaranıb.

Bu barədə Oxu.Az-ın qaynar xəttinə məlumat daxil olub.

Bildirilib ki, bu gün səhər saatlarından qəsəbənin Ülvi Rəfiyev küçəsində elektrik enerjisinin verilməsi dayandırılıb.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran "Azərişıq" ASC-dən bildirilib ki, elektrik enerjisinin kəsilməsinə səbəb yol-nəqliyyat hadisəsi olub.

Qurumdan verilən məlumata görə, avtomobil işıq dirəyinə çırpılıb və nəticədə, dayaq aşıb.

"Hazırda əməkdaşlarımız hadisə yerində bərpa işləri aparırlar. Ərazinin böyük hissəsinə artıq elektrik enerjisinin verilməsi bərpa olunub. Təxminən 20-30 ailənin yaşadığı əraziyə isə qısa müddət ərzində yenidən enerji veriləcək", - deyə məlumatda qeyd olunub.

"Cebheinfo.az"