Meyvə-tərəvəz konservlərinin istehsalı artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 1 milyon 849,4 min dekalitr meyvə şirəsi istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 % azdır.
Bundan başqa, hesabat dövrünə Azərbaycanda 66 min 502,7 ton meyvə-tərəvəz konservləri istehsal edilib ki, bu, 1 il əvvələ nisbətən 5,2 % çoxdur.
İyunun 1-nə ölkədə 677,7 min dekalitr meyvə şirəsi ehtiyatı, 17 min 244,3 ton isə meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb. Bu da, illik müqayisədə müvafiq olaraq 4,6 % və 17 % çoxdur.
Hesabat dövründə Azərbaycanda 2 milyard 203 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 9,4 % çoxdur.
"Cebheinfo.az"