Təbii fəlakət can aldı

Pakistanın Pəncab əyalətində baş verən güclü yağış və fırtına nəticəsində 10 nəfər həyatını itirib.
"Cebheinfo.az" "Dawn” qəzetinə istinadən xəbər verir ki, Pəncab əyalətinin xilasetmə və fövqəladə halların idarə olunması orqanları bölgədə davam edən hava şəraitinə dair açıqlama verib.
Rəsmilər şiddətli yağışların davam etməsi səbəbilə 10 nəfərin öldüyünü bildiriblər.
Pakistan Regional Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (PDMA) baş direktoru İrfan Əli Kathia yağışların 1 iyul tarixinə qədər davam edəcəyini və vətəndaşların ehtiyat tədbirləri görməsinin vacib olduğunu qeyd edib.
Nigar Hacılı
"Cebheinfo.az"