Bələdiyyələrə bu halda torpaq sahəsi AYRILACAQ

Bələdiyyələrə bu halda torpaq sahəsi AYRILACAQ

Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətlərinə dəyişiklik olunur.

"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Torpaq Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yaşayış evləri və çoxmənzilli yaşayış binaları bələdiyyə mülkiyyətində olan torpaq sahələrində tikildiyi hallarda, bələdiyyəyə mütənasib dəyərdə dövlət mülkiyyətindən torpaq sahələri ayrılacaq.

"Cebheinfo.az"