Rusiya Azərbaycan şərabına QADAĞA QOYUR

Rusiya Azərbaycan şərabına QADAĞA QOYUR

Moskva ilə Bakı arasında ikitərəfli münasibətlərin pisləşməsinə cavab olaraq Kreml Azərbaycandan spirtli içkilərin idxalını qadağan etməyi düşünür. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Кремлевская табакерка” yazıb.

Mənbələr bildiriblər ki, qadağa çox güman ki, əvvəllər Azərbaycandan gətirilən bütün növ şərab və konyakları əhatə edəcək.

Mənbə xatırladıb ki, “Sputnik Azərbaycan”-ın baş redaktoru Yevgeni Belousov və icraçı direktor İqor Kartavıx, həmçinin “Ruptly”-nin redaktoru Aytəkin Hüseynova Bakıda saxlanılıblar. 

“Bununla belə, bəzi hörmətli həmsöhbətlər qeyd etdilər ki, postsovet məkanında əvvəllər bu cür şıltaqlıqlar mümkün deyildi. Bu, bizi daha sərt tədbirlər görməyə və Qafqaz da daxil olmaqla, nüfuzu saxlamaq üçün daha çox vəsait xərcləməyə məcbur edə bilər”, -  deyə mənbə bildirib.

Xəzər
“Cebheinfo.az”