Ceff Bezosun Parisdəki gəzintisi qalmaqala səbəb oldu

Ceff Bezosun Parisdəki gəzintisi qalmaqala səbəb oldu

Dünyanın ən zəngin şəxsləri sırasında yer alan, “Amazon” şirkətinin qurucusu Ceff Bezosun Paris küçələrində gəzintisi zamanı mühafizəçilərinin nümayiş etdirdiyi aqressiv və şişirdilmiş təhlükəsizlik davranışları müzakirələrə yol açıb.

“Cebheinfo.az” xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Bezosu müşayiət edən mühafizəçilərin ətrafdakı insanları kobud şəkildə kənarlaşdırması əks olunub.

Qısa müddətdə viral olan kadrlar istifadəçilərin sərt reaksiyasına səbəb olub.

Minlərlə istifadəçi narazılığını ifadə edərək, “Bu necə təkəbbürdür? Dünyanın ən varlı insanlarından biri olmağın insanlara bu cür davranmaq haqqı vermir” kimi şərhlər yazıb.

Əfsanə 
“Cebheinfo.az”