Binəqədidə evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb

Binəqədidə evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb

Paytaxtın Binəqədi rayonunda yerləşən mənzillərin birindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

"Cebheinfo.az" DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı R.İmanov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"