“Eşref Rüya”da şok ayrılıqlar: Tamaşaçılar ssenaristə üsyan etdi
Türkiyənin fenomen seriallarından olan “Eşref Rüya”nın sevilən obrazı Eşref Tekin ssenariyə uyğun olaraq öldürülməsi tamaşaçılar arasında böyük rezonans doğurub.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, belə ki, qəhrəmanın pərəstişkarları onun xatirəsinə maraqlı aksiya təşkil ediblər.
Bursanın İznik rayonundakı tarixi İznik Ayasofya məscidinin qarşısında vətəndaşlara xeyriyyə məqsədilə lokma şirniyyatı paylanılıb.
Tədbirə çoxsaylı serial izləyiciləri qatılıb və duyğusal anlar yaşanıb.Lokma paylanması zamanı iştirakçılardan birinin əllərini göyə qaldıraraq dua etməsi ətrafdakıların diqqətini çəkib.
Tədbirdə iştirak edən Ali Karaman bildirib ki, xəbəri ilk eşidəndə məşhur aktyorun vəfat etdiyini düşünüb:
"Mən bunu görəndə elə bildim ki, tanınmış aktyor dünyasını dəyişib. Sonradan öyrəndim ki, söhbət yalnız serialdakı obrazın ssenari üzrə ölümündən gedir. Buna çox təəccübləndim. Allah qəbul etsin", - deyə o qeyd edib.
Pərəstişkarların böyük maraq göstərdiyi bu aksiya tamaşaçıların bədii personajlarla qurduğu güclü emosional bağın və serialların cəmiyyətə təsirinin diqqətçəkən nümunələrindən biri kimi qiymətləndirilib.
Gülər
"Cebheinfo.az"

