Döyməsinə bax, kim olduğunu bil

Döyməsinə bax, kim olduğunu bil

Alimlər döymələin əslində insanın xarakteri haqqında məlumat verdiyini bildiriblər.

”Cebheinfo.az” xəbər verir ki, Miçiqan Universitetinin amerikalı psixoloqları döymələr və şəxsiyyət xüsusiyyətləri arasındakı əlaqə haqqında ümumi stereotipləri təkzib ediblər. 

Tədqiqat “Journal of Research in Personality” (JRP) elmi jurnalında dərc olunub.

Komanda 274 tatu sahibinin iştirakı ilə genişmiqyaslı təcrübə aparıb. Könüllülər ətraflı şəxsiyyət anketlərini doldurdular və sonra müstəqil hakimlərin qiymətləndirməsi üçün döymələrinin fotoşəkillərini təqdim etdilər. Nəticələr qavrayış və reallıq arasında təəccüblü uçurumu göstərib.

"İnsanlar öz qiymətləndirmələrində təəccüblü yekdillik nümayiş etdirdilər. Parlaq döymələr mehribanlıqla, böyük ənənəvi dizaynlar ekstroversiya ilə, tutqun təsvirlər isə nevrotizmlə əlaqələndirilirdi. Lakin bu fərziyyələr nadir hallarda reallığa uyğun gəlirdi", - deyə tədqiqata rəhbərlik edən dosent Uilyam Çopik bildirib.

Yeganə istisna "təcrübəyə açıqlıq" xüsusiyyəti idi. Qeyri-adi və ya ekssentrik kimi qiymətləndirilən döymələr həqiqətən sahiblərinin daha yüksək açıqlığı ilə əlaqələndirilirdi. Bu, yaradıcı özünüifadəni bu şəxsiyyət xüsusiyyəti ilə əlaqələndirən əvvəlki tədqiqatları təsdiqləyir.

Maraqlıdır ki, hətta sahibi tərəfindən döymənin mənası ilə bağlı izahatlar belə qiymətləndirmələrin düzgünlüyünü artırmayıb.

İş maraqlı bir paradoksu üzə çıxarıb: insanlar şəxsiyyəti qiymətləndirmək üçün inamla vizual işarələrdən istifadə edirlər, amma bu işarələr çox vaxt yanlış istiqamətə aparır. Bəzi hallarda hətta mənfi korrelyasiya da olub. Qiymətləndiricilər öz fərziyyələrində sistematik olaraq səhv ediblər.

Müəlliflərin qeyd etdiyi kimi, müasir cəmiyyət tədricən bədən sənətini qəbul edir, lakin şüuraltı qərəzli münasibət qalır.

Əvvəllər həkimlər döymələrə görə dəri xərçənginə tutulma riski barədə xəbərdarlıq etmişdilər.

Xəzər
“Cebheinfo.az”