Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

Hazırda xəstəxanada müalicə olunan Xalq artisti Flora Kərimova Birinci vitse-prezdent Mehriban Əliyevaya müraciət edib.

"Cebheinfo.az" xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli Mehriban xanım! Səhhətimlə bağlı yaşadığım çətin günlərdə göstərdiyiniz diqqət, qayğı və müalicəmi şəxsi nəzarətinizdə saxlamanız məni son dərəcə duyğulandırdı.

Ləyaqətli insani keyfiyyətlərinizə, həssas münasibətinizə və göstərdiyiniz diqqətə görə Sizə sonsuz və dərin minnətdarlığımı bildirirəm.

Qayğıkeşliyiniz, nəvazişiniz və şəfqətiniz ən qiymətli insani dəyərlərdəndir. Sizə olan vəfa borcum övladlarıma mənəvi əmanətdir. Sizə möhkəm cansağlığı, fəxarətli ömür, xalqımız naminə Böyük Sərkərdənin yanında silahdaşı kimi həyata keçirdiyiniz nəcib fəaliyyətinizdə daim uğurlar və müvəffəqiyyətlər arzulayıram".

Xəzər

"Cebheinfo.az"