İqtisad Universitetinin ən yüksək keçid balları

2024-cü ildə ali məktəblərə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən bütün ixtisaslar üzrə formalaşan keçid balları məlum olub.
"Cebheinfo.az" xəbər verir ki, hər il qruplar üzrə ən çox rəqabətin olduğu Azərbaycan İqtisad Universitetində (UNEC) ən yüksək keçid balları aşağıdakı kimi olub:
I qrup
Kompüter elmləri, əyani – 587.4
İnformasiya təhlükəsizliyi, əyani – 622.4
İnformasiya texnologiyaları (tədris ingilis dilində), əyani – 647.2
Kompüter mühəndisliyi, əyani – 584.8
Kompüter mühəndisliyi (tədris ingilis dilində), əyani – 636.8
II qrup
İqtisadiyyat (tədris ingilis dilində), əyani – 624.3
Maliyyə, əyani – 527.1
Maliyyə, qiyabi – 532.9
Mühasibat (tədris ingilis dilində), əyani – 597
III qrup
Beynəlxalq münasibətlər ( tədris türk dilində), əyani – 469.6
Beynəlxalq münasibətlər, əyani – 468
Sosial iş, əyani – 467
"Cebheinfo.az"