Putinin mətbəxindəki kefir bir anda məşhur oldu

Ryazan müəssisəsi "Vakinskoe Aqro" öz məhsulun olan kefirin Rusiya Prezidenti Vladimir Putindən bəhs edən filmdə kadrda görünməsindən sonra istehsalı artırmağa hazırdır.
“Cebheinfo.az” “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru Sergey Karyayev danışıb.
O etiraf edib ki, film ekranlara çıxandan bəri “Ekovakino” brendi ilə kefirə böyük sifarişlər olmayıb, lakin olarsa, istehsalın artırılması ilə bağlı heç bir problem olmayacaq:
“Yaxınlıqda öz süd istehsalı müəssisəmiz, fermamız və süd zavodumuz var”.
Karyayevin sözlərinə görə, o, Kremldə hansı məhsulların və hansı miqdarda alındığını bilmir, lakin bu seçimdən məmnundur. O əmin etdi ki, şirkətin həm kefir, həm də süd məhsulları yüksək keyfiyyətlidir və istehsal təkcə prezidentin istehlak etdiyi məhsullardan ibarət deyil.
Bundan əvvəl “Komsomolskaya Pravda” rusların mağazalardan “Ekovakino” kefirini aldığını yazmışdı. Eyni zamanda, nəşrin jurnalistləri iddia edirlər ki, istehsalçının məhsullarını demək olar ki, hər hansı bir supermarketdə tapmaq olar. Ancaq şirkətin veb saytında məlumat verildiyi kimi, süd emal həcmi gündə cəmi 120 tondur ki, bu da bazar liderlərindən onlarla dəfə azdır və tipik bir regional müəssisə ilə müqayisə edilə bilər.
Xəzər
“Cebheinfo.az”