Cəbrayılda yeni futbol klubu yaradılıb

Cəbrayılın daha bir futbol klubu yaradılıb. Modern.az xəbər verir ki, “Xan Çinar” adlanan yeni klub “ASK Arena”da seçim məşlərinə başlayıb.
Klubun baş məşqiçisi-kordinatoru Əməkdar müəllim, “B” lisenziyalı futbolçu İsmayıl Hüseynovdur.
Baş məşqçi bildirib ki, klubun həm kiçiklərdən, həm də böyüklərdən ibarət komandası formalaşdırılmaqdadır.
Böyüklərdən ibarət komanda hazırda Biləsuvar rayonu ərazisindəki Cəbrayıl qəsəbəsində fəaliyyət göstərir.
Komanda artıq yoldaşlıq görüşlərinə və digər turnirlərə dəvət olunur. Rəhbərlik və məşqçilər korpusunun məqsədi bu il “Xan Çinar” klubunun Regional Liqada çıxış etməsinə nail olmaqdır.
Xatırladaq ki, Cəbrayıl rayonun eyni adlı - "Cəbrayıl" furbol klubu da var və o, hazırda I Liqada çıxış edir.
"Cebheinfo.az"