İstilər şikayətlərlə gəldi: Avtobuslarda kondisionerlər niyə işləmir? - FOTO

İstilər şikayətlərlə gəldi: Avtobuslarda kondisionerlər niyə işləmir? - FOTO

Havaların istiləşməsi ilə əlaqədar ictimai nəqliyyatda kondisionerlərin işlədilməməsi ilə bağlı şikayətlər də səslənməyə başlayıb.

Bir qrup Biləcəri sakinləri “Cebheinfo.az”-a müraciət edərək 91 saylı marşrut avtobusundan şikayətçi olduğunu bildirib.

“Havalar isinib, amma Biləcəri - Bakı Beynəlxalq Avtovağzal Kompleksi xətti ilə işləyən 91 saylı marşrut avtobusunun kondisionerlərini işlətmirlər. Baxmayaraq ki, bu xəttə yeni avtobuslar verilib. Səbəb ondan ibarətdir ki, yanacağa qənaət edilir. Əhali soruşur ki, qiymət artımı olub, niyə kondisioner işləmir? Cavab olaraq sürücülər şirkət rəhbərliyindən belə tapşırıq verildiyini bildirir.

Bizə deyiblər ki, kondisionerləri işlətməyin. Avtobuslar hamısı təzə olsa da, bu isti havalarda sərnişinlərə işgəncə verirlər. Yeni avtobuslarda pəncərələr də açılmır. Biz Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edirik ki, ictimai nəqliyyatda insanların rahat hərəkəti üçün şərait yaradılsın”, - deyə daxil olan müraciətdə deyilir.

Qeyd edək ki, müntəzəm marşrut avtobuslarında kondisioner sistemləri hər il yaz mövsümünün sonundan (may ayının sonu - iyun ayının əvvəli) etibarən, isti hava şəraiti nəzərə alınmaqla mərhələli şəkildə işə salınır. Temperatur normadan yüksək olduqda daşıyıcı şirkətlərə kondisionerləri qoşmaq məcburiyyəti qoyulur.

“Cebheinfo.az”