Müəllimlərin sertifikasiya imtahanları başladı

Müəllimlərin sertifikasiya imtahanları başladı

Bu gündən etibarən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi iyunun 17-19 və 23-25-də keçiriləcək.

Müəllimlərin sertifikatlaşdırılmasının test mərhələsi 35 mərkəzdə keçiriləcək. 

2026-cı il üzrə sertifikatlaşdırma prosesində 23 mindən çox təhsilverən iştirak edəcək.

Nigar
“Cebheinfo.az”