Başı kəsilmiş 20-dək meyit TAPILIB

Meksikanın Sinaloa əyalətinin şimal-qərbində, ərazidəki rəqib narkokartel qrupları arasında gedən savaş zamanı avtomobil yolu körpüsündə 20 cəsəd tapılıb.
Onlardan bəzilərinin başı kəsilib.
“Cebhenfo.az” bu barədə “Associated Press”-ə istinadən yazır.
Sinaloa ştatının prokurorları bazar ertəsi dəhşətli mənzərə barədə məlumat veriblər. Dörd başı kəsilmiş cəsəd yolun kənarında, 16 cəsəd Culiacan əyalətinin paytaxtı yaxınlığında tapılıb. Youn kənarına atılmış bir avtomobildə və çantada beş insan başı tapıldı.
Səlahiyyətlilər cəsədlərin üzərində kartel qruplaşmasına aid bir qeydin qaldığını deyirlər. Qeydi məzmunu açıqlanmır.
Sinaloa əyalət hökumətinin sözçüsü Feliciano Kastro qətlləri pisləyib. Bildirib ki, görünən zorakılığın miqyasına görə səlahiyyətlilər mütəşəkkil cinayətkarlıqla mübarizə strategiyalarını yenidən nəzərdən keçirməlidirlər.
Sinaloa tez-tez ABŞ-yə göndərilən fentanil də daxil olmaqla narkotiklərin istehsalı və daşınması üçün istifadə edilən marşrutlara nəzarət etmək üçün mübarizə aparan rəqib narkotik tacirlərinin “sevimli” bölgəsidir.
Xəzər
“Cebheinfo.az”