Bu ölkədə 7,4 bal gücündə ZƏLZƏLƏ 

Bu ölkədə 7,4 bal gücündə ZƏLZƏLƏ 

Argentinanın cənub sahillərində, Dreyk boğazında 7,4 bal gücündə zəlzələ baş verib.

"Cebheinfo.az" xəbər verir ki, zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) verdiyi məlumata görə, yerli vaxtla saat 08:58-də baş verən yeraltı təkanlar Uşuaya şəhərindən təxminən 219 kilometr uzaqlıqda qeydə alınıb.

Yer səthindən 10 kilometr dərinlikdə baş verən zəlzələnin ardından bölgədə yerləşən ölkələr üçün sunami xəbərdarlığı elan edilib. 

Zəlzələnin episentrinin Antarktida ilə Cənubi Amerika arasında yerləşən Dreyk boğazında olduğu bildirilib.

Əfsanə Rəcəb
"Cebheinfo.az"