Kiyevdə etiraz aksiyası keçirilib

Ukraynada paytaxt Kiyevdə Rusiya ilə müharibədə itkin və əsir düşən hərbçilərin yaxınlarının aksiyası başlayıb.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, iştirakçılar ölkə rəhbərliyindən və beynəlxalq təşkilatlardan yaxınlarının tapılmasını və ya qaytarılmasını tələb edirlər.
İştirakçıların sözlərinə görə, onların yaxınları barədə heç kim bir məlumat vermir.
"Cebheinfo.az"