Amerikadan Ukraynaya daha bir JEST

ABŞ Dövlət Departamenti ümumilikdə 310 milyon dollar dəyərində “F-16” təlim və texniki dəstək və müvafiq avadanlıqların Ukraynaya satışını təsdiqləyib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin (DSCA) saytında məlumat verilib.
Satış qərarı rəsmi Kiyevin Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus “F-16”-lar üçün avadanlıq, təlim və oxşar xidmətlərlə bağlı müraciətindən sonra verilib.
310 milyon dollarlıq satışa həmçinin, kadr hazırlığı, “F-16”-ların modifikasiyası və təkmilləşdirilməsi kimi xidmətlər daxildir.
Məlumatda satışın siyasi əhəmiyyəti də vurğulanıb. Bu satış tərəfdaş ölkənin təhlükəsizliyini yaxşılaşdıracaq və ABŞ-nin milli təhlükəsizlik məqsədlərinə dəstək verəcək.
Müşfiq Abdulla
“Cebheinfo.az”