Almaniya hökumətinə xəbərdarlıq: AFD qadağan edilərsə...

Almaniya Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarəsinin "Almaniya üçün Alternativ" (AFD) partiyasını "sağ-ekstremist" kimi tanıyan qərarına qarşı partiyanın vəkilləri 5 may saat 08:00 (09:00 MSK) qədər bu qərarın dəyişdirilməsini tələb ediblər.
Əgər qərar dəyişməsə, onlar məhkəməyə müraciət etməyi planlaşdırırlar.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.
48 səhifəlik xəbərdarlıq məktubunda qeyd edilir:
"Əgər bu məsələ ilə bağlı uyğun bir açıqlama verilmezsə, müştərimizə Köln Administrativ Məhkəməsində təcili məhkəmə prosesi başlatmağı məsləhət görəcəyik".
Qeyd edək ki, Almaniya Konstitusiyasının Mühafizəsi üzrə Federal İdarəsi AFD-ni "sağ-ekstremist təşkilat" olaraq tanıyıb və onun ideologiyasının demokratik dəyərlərlə uyğun olmadığını bildirib.
Bu qərar, dövlətə partiyanın üzvlərini izləmək və hətta telefonlarını dinləmək imkanları yaradır. Lakin partiya hələlik qadağan olunmayıb və bunu yalnız Almaniyanın Federal Konstitusiya Məhkəməsi edə bilər.
Əgər AFD qadağan edilərsə o, Almaniyada 1952-ci ildə nasistləri birləşdirən Sosialist İmperial Partiyası və 1956-cı ildə Almaniya Kommunist Partiyasından sonra qadağan edilən üçüncü partiya olacaq.
Xatırladaq AFD 2013-cü ilin aprelində Aİ-də iqtisadi problemlər və Yunanıstanın borc böhranı fonunda siyasi arenada meydana gəlib. Partiya uzun müddət iqtisadi məsələlərə fokuslansa da, Almaniyada və Aİ-də miqrasiya böhranı dərinləşdikcə, AFD-nin reytinqləri məhz qaçqınlar mövzusunda artmağa başladı.
Almaniyada AFD sağ-populist partiya olaraq tanınır. Digər siyasi qüvvələr isə onunla koalisiya qurmağın mümkün olmadığını, qeyd edirlər. 2025- ci il fevralın 23-də keçirilən erkən seçkilərdə AFD tarixində ilk dəfə olaraq ikinci yerə yüksəlib.
Səbinə Uğur
"Cebeheinfo.az"