“Ailəmlə barışmaq istəyirəm” - Harri

“Ailəmlə barışmaq istəyirəm” - Harri

Şahzadə Harri Britaniya kral ailəsinin üzvləri ilə barışmaq istədiyini, lakin vətəninə qayıtmaq imkanını hələlik görmədiyini bildirib.

Bu barədə 2020-ci ildən ABŞ-də yaşayan Kral III Çarlzın oğlu BBC-yə müsahibəsində danışıb.

Şahzadə Harri, “Ailəmdən bəziləri avtobioqrafik kitabı yazdığıma görə məni heç vaxt bağışlamayacaq, bir çox başqa şeylərə görə də məni bağışlamayacaqlar. Amma mən ailəmlə barışmaq istəyirəm. Mübahisəni davam etdirməyin mənasını görmürəm, çünki həyat çox qiymətli hədiyyədir”, - o qeyd edib.

“Kral bu təhlükəsizlik tədbirlərinə görə mənimlə danışmaq istəmir, amma mən bu küsülülüyü davam etdirmək istəmirəm. Atamın daha nə qədər yaşayacağını bilmirəm”, - Harri əlavə edib.

"Cebheinfo.az"