Çində zəlzələ baş verib: Ölən var

Çində zəlzələ baş verib: Ölən var

Çinin şimal-qərbində yerləşən Çinghay əyalətində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

"Cebheinfo.az" xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) yaydığı məlumata görə, axşam saatlarında episentri Çinghay əyalətinin Hayşi Monqol və Tibet Muxtar Vilayətində yerləşən 6,3 bal gücündə yeraltı təkanlar baş verib.

10 kilometr dərinlikdə meydana gələn zəlzələ nəticəsində ilkin məlumata əsasən, 1 nəfər həyatını itirib, 4 nəfər isə yaralanıb.

Nigar Hacılı 
"Cebheinfo.az"