Danışıqlarda əsas mübahisəli məsələ BUDUR
Vaşinqtondakı danışıqlarda İsrail və Livan nümayəndələri arasında əsas mübahisəli məqam İsrail qoşunlarının Livanın cənubundan ilkin çıxarılması mexanizmidir.
"Cebheinfo.az" bu barədə"Əl-Hədət" TV-nin verdiyi məlumata istinadən yazır.
Danışıqlara yaxın mənbənin sözlərinə görə, Livan-İsrail dialoqunda əsas mübahisəli məqam [İsrail] qoşunlarının çıxarılması təşəbbüsü və hərbi hissələrin ilkin çıxarılması mexanizmidir.
Mənbə əlavə edib ki, İsrail tərəfi "addım-addım" prinsipinə sadiqdir və Livan ordusundan yerində real hərəkətlər etməsini və "Hizbullah"ın infrastrukturunu məhv etmək qabiliyyətini sübut etməsini tələb edir.
Eyni mənbə Vaşinqton danışıqlarındakı Livan nümayəndələrinin ilk növbədə İsrail qüvvələrinin Livanın cənubundan çıxarılmasında israr etdiyini bildirib.
Xəzər
"Cebheinfo.az"


