“Dostluq” atasına verilmişdi: “Mərd” isə oğulun oldu - FOTOLAR

“Dostluq” atasına verilmişdi: “Mərd” isə oğulun oldu - FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Cıdır düzündə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova “Mərd” adlı Qarabağ atını hədiyyə edib. 

"Cebheinfo.az" xəbər verir ki,  bu, Türkmənistan rəhbərliyinə təqdim olunan ilk Qarabağ atı deyil.

Belə ki, ötən ilin iyul ayında Türkmənistan Xalq Məsləhətinin sədri, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun atası Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri zamanı oxşar hadisə yaşanmışdı.

Q.Berdiməhəmmədov İ.Əliyev ilə birlikdə Cıdır düzündə Qarabağ atlarının təqdimatında iştirak etmişdi. Həmin vaxt Türkmənistan Xalq Məsləhətinin sədrinə “Dostluq” adlı Qarabağ atı hədiyyə olunmuşdu.

Qısa müddət ərzində həm ata, həm də oğula hədiyyə edilən atların adları da diqqət çəkir. Azərbaycanın milli sərvətlərindən hesab olunan bu atlar iki ölkə arasında dostluq münasibətlərinin növbəti ifadəsi kimi dəyərləndirilir.

"Cebheinfo.az"