Nüvə müfəttişləri yenidən İrana gedir
ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinin zənginləşdirilmiş uranla bağlı proseslərə nəzarət etmək üçün İrana gedəcəyini, lakin bunun hazırda təcili məsələ olmadığını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, müxtəlif görüşlər keçirmək üçün Pensilvaniya ştatına səfər edən ABŞ Prezidenti Tramp hava limanında jurnalistlərə gündəmlə bağlı açıqlamalar verib.
Tramp BAEA müfəttişlərinin İrana səfəri ilə bağlı dəqiqliyin olmadığını və bunun ABŞ-İran razılaşmasının bir hissəsi olub-olmadığını soruşan jurnalistə cavabında, “Xeyr, yazılanlar doğru deyil, yüz faiz nəzarət olacaq” deyib.
ABŞ Prezidenti müfəttişlərin İrana gedəcəyini, lakin bunun üçün kifayət qədər vaxt olduğunu vurğulayaraq, “Uyğun zamanda gedəcəklər, tələsməyə ehtiyac yoxdur, amma münasib vaxtda ərazidə olacaqlar” ifadələrini işlədib.
ABŞ-İran razılaşmasının çox yaxşı anlaşma olduğunu müdafiə edən Tramp, bu razılaşma sayəsində “İranın nüvə silahına sahib ola bilməyəcəyini” bildirib və Tehranın da bu məsələdə razı olduğunu qeyd edib.
ABŞ Prezidenti əlavə olaraq İranın iqtisadi baxımdan çətin vəziyyətdə olduğunu, razılaşma ilə ölkənin iqtisadi cəhətdən müəyyən qədər rahatlamağa ehtiyac duyduğunu dilə gətirib.
Nigar Hacılı
"Cebheinfo.az"


