TƏBİB xəstəxanalarla bağlı sorğu keçirir
TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi, əks-əlaqə mexanizmlərinin təkmilləşdirilməsi və vətəndaş məmnuniyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
"Cebheinfo.az" xəbər verir ki, bu çərçivədə tibb müəssisələrində vətəndaşların rəy, təklif və şikayətlərinin operativ şəkildə toplanması məqsədilə QR kod əsaslı sorğu sistemi tətbiq olunub. Artıq sistemin tətbiqi TƏBİB tabeliyindəki bütün tibb müəssisələrində başa çatıb.
Vətəndaşlar tibb müəssisələrində yerləşdirilən QR kodu mobil cihaz vasitəsilə skan edərək göstərilən tibbi xidmətlərlə bağlı fikirlərini rahat və sürətli şəkildə bölüşə bilrlər.
TƏBİB tabeliyindəki bütün tibb müəssisələrini əhatə edən sorğu tibbi xidmətlərlə bağlı vətəndaş rəyinin yerindəcə öyrənilməsini təmin edir, əldə edilən rəylərin çevik və müvafiq həllinə şərait yaradır.
Qeyd edək ki, sorğu nəticəsində əldə olunan məlumatlar xidmət proseslərinin təhlilinə, mövcud ehtiyacların müəyyənləşdirilməsinə və operativ şəkildə aradan qaldırılmasına, nəticədə tibb müəssisələrində xidmət keyfiyyətinin davamlı təkmilləşdirilməsinə və vətəndaş məmnuniyyətinin artırılmasına yönəlir.
Gülər
"Cebheinfo.az

