Erməni diasporu hərəkətə keçdi: Sülhə qarşı dirəniş

Erməni diasporu hərəkətə keçdi: Sülhə qarşı dirəniş

Ermənistanda parlament seçkisindən sonra Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün maneələrin bir-bir aradan qalxması erməni diasporunu və lobbisini ciddi narahat etməyə başlayıb. 

Sülhə qarşı ən çox təşəbbüs göstərənlərdən biri isə Amerika Erməni Milli Komitəsidir (ANCA). 

"Cebheinfo.az" xəbər verir ki, "Sülh çağırışları əsl və ədalətli sülhü nəzərdə tutmalıdır. Lakin Vaşinqtonun hazırda "sülh müqaviləsi" adı altında satmağa çalışdığı şey, əslində,  keçmiş müharibəni qanuniləşdirmək və yeni müharibəyə başlamaq üçün Azərbaycana  boş çek verməkdir",- deyə Amerika Erməni Milli Komitəsinin (ANCA) icraçı direktoru Aram Ambaryan Kapitolidə keçirilən mətbuat konfransında bildirib.

ANCA lideri vurğulayıb ki, indikii halda sülh ancaq Azərbaycanın xeyrinədir. O, Qarabağı könüllü tərk etmiş emənilərin geri qaytarılması yollarını da bağlandığını deyib. 

Aram Ambaryan daha da irəli gedərək ABŞ hökumətini dərhal güclü təzyiq göstərməyə və hətta sankiyalara çağırıb: ""907-ci düzəliş"in tam tətbiqini təmin edin".

Ermənistan rəhbərliyi ilə diaspor arasında uzun müddətdir davam edən çəkişmənin seçkidən sonra da davam edəcəyi gözlənilən idi. Ancaq bu mübarizənin iki ölkə arasındakı sülh gündəliyinə xələl gətirməsinə imkan verməməkdə məhz Ermənistan rəhbərliyi maraqlı olmalıdır. Çünki sülh Azərbaycana yox, kapitulyasiyaya imza atmış Ermənistana lazımdır.

Xəzər

"Cebheinfo.az"