Tramp NATO ölkələrindən KÜSÜB
"Mən ABŞ Prezidenti Donald Trampın ABŞ-İsrail-İran münaqişəsindən sonra bir neçə ittifaq ölkəsinin hərəkətlərindən narazılığını tam başa düşürəm".
"Cebheifo.az" xəbər verir ki, NATO-nun Baş katibi Mark Rutte Trampın bəzi ittifaq müttəfiqlərinin İranla münaqişə zamanı ABŞ-ni dəstəkləməkdən imtinası barədə açıqlamalarına münasibət bildirirkən belə deyb.
Rutte iyunun 23-də "Fox News"-da bildirib:
"NATO ilə bağlı bilirəm ki, məyusluq var. Mən məyusluğu tam başa düşürəm".
Eyni zamanda, Rutte əmin olduğunu bildirib ki, bunlar istisna hallardır. O əlavə edib ki, bəzi ittifaq üzv dövlətləri İslam Respublikasına qarşı əməliyyat üçün ABŞ qüvvələrinə bazalarını təqdim ediblər:
"Məsələn, İtaliyanı götürək. "Epik Qəzəb" əməliyyatına dəstək vermək üçün İtaliyadakı ABŞ bazalarından 500 Amerika təyyarəsi havaya qalxıb".
Xəzər
"Cebheinfo.az"


