“Azeri Light” ucuzlaşdı
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,83% və ya 0.67 dollar ucuzlaşaraq 79.76 ABŞ dolları olub.
Qeyd edək ki, ötən gün neftimiz 80.43 ABŞ dollarına ticarət olunub.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.
Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
"Cebheinfo.az"


