Erməni mafiyasına BÖYÜK ŞOK: 30 milyon dollar COVID yardımını...

ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) Los-Ancelesdə transmilli mütəşəkkil cinayətkarlığa qarşı iki həftə ərzində ikinci böyük reyd keçirib.
“Cebheinfo.az” “Fox News”-a istinadən xəbər verir ki, bu dəfə hədəf kiçik biznesə yardım fondları və COVID qrantları şəklində 30 milyon dollar oğurlayan erməni cinayətkar qrupu olub.
Əməliyyat səhər tezdən DHS, IRS və ABŞ Kiçik Biznes Administrasiyasının silahlı agentləri əsas şübhəlilərdən birinin evinə getdikdə başlayıb. O, Ermənistan əsilli Uilyam Makqrayan əllərini yuxarı qaldıraraq təslim olub.
Məlumata görə, Makqrayan erməni quldur dəstələri ilə əlaqəsi olduğunu iddia edərək bir şəxsi silah və beysbol dəyənəyi ilə hədələyib. Müstəntiqlər hesab edirlər ki, o, dövlət yardımı üçün saxta ərizələr təqdim etmək sxeminin “beyni” olub:
cinayətkarlar saxta bank və vergi sənədlərindən istifadə edərək dövlət vəsaitlərini tələb edən uydurma şirkətlər yaradıblar.“HSI Los Angeles”-in məsul xüsusi agenti vəzifəsini icra edən Con Paskuççionun sözlərinə görə,bu, real biznesi dəstəkləmək üçün ayrılan 47 milyon dollardır: “Lakin bu puldan cinayətkar qrupun şəxsi maraqları üçün istifadə edilib”.Həbs edilən 14 nəfərdən 13-ü əslən Ermənistandan olan ABŞ vətəndaşıdır. Onlardan biri deportasiya oluna bilər. Saxlanılan şəxslər dindirilmək və qeydiyyata alınmaq üçün xüsusi mərkəzə aparılıb.
Təxminən 20.000 ABŞ dolları nağd pul, iki pulsayan maşın, 2000 və 10.000 ABŞ dolları dəyərində valyuta lentləri, noutbuklar, mobil telefonlar, iki dolu 9 mm-lik tapança və döyüş sursatları müsadirə edilib. Saxlanılan şəxslər sui-qəsd, bank və pul fırıldaqçılığı və “çirkli pullar”ın yuyulmasında ittiham olunurlar. Oğurlanan vəsaitlərin bir hissəsi daşınmaz əmlaka, dəbdəbəli əşyalara xərclənib, həmçinin Ermənistana ötürülüb, onların izlənilməsi çətinləşib.
Xəzər
“Cebheinfo.az”