Binədə avtoqəza olub

Binədə avtoqəza olub

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində “Ford Tranzit” markalı yük avtomaşının sürücüsü 1991-ci il təvəllüdlü Cavadov Famil Faxrət oğlu piyada 1952-ci il təvəllüdlü Fətəliyev Arif Qədimulla oğlunu avtomaşınla vurub.

Nəticədə piyada xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

"Cebheinfo.az"