Papa ilə Ukrayna münaqişəsini müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putin Papa XIV Leo ilə ilk dəfə telefonla danışıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Vladimir Putin Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi zamanı siyasi və diplomatik vasitələrlə sülhə nail olmaqda maraqlı olduğunu təsdiqləyib”, - məlumatda bildirilir.
Eyni zamanda Rusiya lideri vurğulayıb ki, münaqişənin yekun, ədalətli və hərtərəfli həllinə nail olmaq üçün onun əsas səbəbləri aradan qaldırılmalıdır.
Putin onu da qeyd edib ki, İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarının bərpası kontekstində o, XIV Leoya hərbi əsirlərin, eləcə də meyitlərin mübadiləsinə dair ikinci raundda əldə edilmiş konkret razılaşmalar barədə məlumat verib.
"Cebheinfo.az"