BMT Putin-Tramp danışıqlarını alqışlayır

BMT Putin-Tramp danışıqlarını alqışlayır

BMT ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında telefon danışığını alqışlayır.

Bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

“Biz bütün dünya liderləri arasında, xüsusən də BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələrin rəhbərləri arasında aparılan danışıqları alqışlayırıq”.

Qeyd edək ki, Tramp Putinlə 1 saat 15 dəqiqə davam edən telefon danışığının olduğunu bildirmişdi. Onun sözlərinə görə, tərəflər Rusiya-Ukrayna müharibəsini, eləcə də İranın nüvə proqramını müzakirə ediblər.

"Cebheinfo.az"