Millətlər Liqasında ikinci finalçı bəlli olur

Millətlər Liqasında ikinci finalçı bəlli olur

Bu gün UEFA Millətlər Liqasında ikinci finalçı müəyyənləşəcək.

"Cebheinfo.az" xəbər verir ki, ikinci oyun günündə İspaniya və Fransa yığmaları üz-üzə gələcəklər.

Bakı vaxtı ilə saat 23:00-da başlanacaq qarşılaşma “Ştutqart Arena”da keçiriləcək.

Məğlub komanda 3-cü yer uğrunda Almaniya ilə oyuna çıxacaq.

Xatırladaq ki, birinci yarımfinal oyununda Portuqaliya 2:1 hesabı ilə Almaniya üzərində qələbə qazanaraq finala çıxıb.

"Cebheinfo.az"