Bu şəxslərin ölkədən çıxışı QADAĞAN OLUNDU

Moskvada 16 minə yaxın insanın aliment borcuna görə xaricə çıxışı məhdudlaşdırılıb.
Məhdudiyyətlər aliment borcu olan şəxslərin dövlət federal borclarının reyestrinə daxil edilməsi təcrübəsinin tətbiqindən bir həftə sonra elan edilib.
"Cebheinfo.az" xəbər verir ki, Moskvanın baş məhkəmə icraçısı Nikolay Konovalovun sözlərinə görə, bu şəxslərin bir çoxu borclarını ödəmədiyi üçün xaricə getmək hüququndan məhrum edilib.
Konovalov vurğulayıb ki, aliment borclarının ödənilməməsi cinayət məsuliyyətinə səbəb olur, lakin bu sanksiya digər üsullar nəticə vermədikdə son çarədir.
Bu təcrübənin məqsədi borcluların öz öhdəliklərini yerinə yetirmələrini təmin etmək və zərərçəkmiş uşaqların hüquqlarını qorumaqdır.
Baş məhkəmə icraçısı borclular arasında xüsusilə diqqəti çəkən bir hadisəni də qeyd etdi.
Məlum olub ki, beynəlxalq uçuşlar həyata keçirən pilotun oğluna 6,7 milyon rubl (85 min dollar) aliment borcu var.
Bildirilib ki, xaricə səyahət hüququ məhdudlaşdırılan zaman pilot tez bir zamanda borcunu ödəyib.
Nigar Hacılı
"Cebheinfo.az"