MDB Hökumət Başçıları yenə toplaşacaq

MDB Hökumət Başçıları yenə toplaşacaq

MDB Hökumət Başçıları Şurasının növbəti iclası sentyabrın 30-da Minskdə keçiriləcək.

Bu barədə “Report” MDB-nin mətbuat xidmətinə istinadən məlumat verir.

Qeyd olunub ki, baş nazirlər bu gün Düşənbədə MDB çərçivəsində iqtisadi və mədəni-humanitar əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.

"Həmçinin MDB İqtisadi Məhkəməsinin fəaliyyətinin təkmilləşdirilməsi, Birlik orqanlarının fəaliyyətinin kadr və maliyyə-təşkilati aspektlərinə dair bir sıra sənədlər qəbul edilib. MDB hökumət başçıları Şurasının növbəti iclası sentyabrın 30-da Minskdə keçiriləcək", - məlumatda qeyd olunub.

"Cebheinfo.az"