Fransada Quran yandıran şəxs tutulub

Fransanın Rhone əyalətinin Villeurbanne şəhərində məscidə girərək Quran yandıran şəxs yaxalanıb.
"Cebheinfo.az" xəbər verir ki, iyunun 2-də Villeurbanndakı Errahma məscidində müsəlmanlara qarşı hərəkət edən şübhəli Lion şəhəri yaxınlığında nəzarətə götürülüb.
Lion Prokurorluğu şübhəlinin "psixoloji cəhətdən kövrək" vəziyyətdə olduğunu bildirib.
İyunun 2-də Vilrurbanndakı Errahma məscidində baş verən hadisədə bir nəfər səhər namazına 20 dəqiqə qalmış məscidə girərək Quranı yandırıb.
Həmin şəxs yandırılmış Quran qalıqlarını məscidin qapısına qoyub və hadisə yerindən qaçıb.
Müsəlmanlara qarşı bu hərəkət reaksiya ilə qarşılanıb.
Nigar Hacılı
"Cebheinfo.az"