Paşinyan onları topladı: Nəyi müzakirə ediblər?

Paşinyan onları topladı: Nəyi müzakirə ediblər?

Ermənistanın Baş naziri Nikol Paşinyan və komanda yoldaşları Türkiyəyə səfərinin məqsədlərini bağlı qapılar arxasında müzakirə ediblər.

“Cebheinfo.az”-ın məlumatına görə, “Johovurd” qəzeti belə yazıb.

“Mənbələrimizin bildirdiyinə görə, Paşinyan sülh sazişi üzrə danışıqlar aparmaq üçün Ankaraya Prezident Rəcəb Tayyib Ərdoğanla görüşməyə getdiyini bildirib.

Əldə etdiyimiz məlumata görə, Baş nazir 2026-cı il seçkilərinə qədər nəyin bahasına olur-olsun Azərbaycanla “Sülh” adlı sənədin imzalanmasının zəruriliyini vurğulayıb. Siyasi komanda bunu öz hakimiyyətinin təkrar istehsalını təmin etmək üçün strateji addım kimi qiymətləndirir. 

Bəzi komanda yoldaşları hesab edir ki, beynəlxalq "oyunçular" - Rusiya, ABŞ və Avropa - regionda fiziki mövcudluqlarına baxmayaraq, sabitliyi təmin edə bilməyiblər. 

Məhz buna görə də Paşinyan 2026-cı ildə yenidən seçilmək üçün sülh sazişinin imzalanmasını sürətləndirmək ümidi ilə Ankara ilə birbaşa təmas qurmaq qərarına gəlib”, - deyə qəzet qeyd edir.

Müşfiq Abdulla 
“Cebheinfo.az”