İsrail bu şəhəri də VURDU

İsrail bu şəhəri də VURDU

İran Hərbi Hava Qüvvələri İranın qərbindəki Kirmanşah şəhərinə hücum edib. İlkin məlumata görə, raket zərbəsinin hədəfi qəsəbənin yaxınlığında yerləşən İmam Həsən hərbi bazası olub.

Bu məlumatın rəsmi təsdiqi yoxdur.

“Cebheinfo.az” bu barədə “Shot” “Telegram” kanalına istinadən yazır.

Yayımlanan videoda uzaqdan nəhəng tüstü sütunu yüksəlir.

Daha sonra İsrail ordusu  bildirib ki, iyunun 15-də səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın qərbində raketlərin saxlandığı və buraxıldığı obyektlərə əlavə zərbələr seriyasını tamamlayıb.

İyunun 14-nə keçən gecə İran iyun ayından başlayan “Sərt cəza əməliyyatı” çərçivəsində İsrailə cavab raketlərinin növbəti dalğasını endirib. Raketlər Tehrandan, eləcə də ölkənin qərbindəki Kirmanşah şəhərindən atılır.

Xəzər
“Cebheinfo.az”