Tramp ad günü münasibətilə PARAD KEÇİRİB

Tramp ad günü münasibətilə PARAD KEÇİRİB

ABŞ Prezidenti Donald Tramp 79-cu ad günü və ABŞ ordusunun 250 illik yubileyi münasibətilə hərbi parad keçirib.

“Cebheinfo.az” xəbər verir ki, tədbirdə minlərlə əsgər, yüzlərlə hərbi texnika və onlarla hərbi təyyarə iştirak edib.

Paradın on milyonlarla dollara başa gəldiyi təxmin edilir.

Medianın məlumatına görə, paradda dronlar və robot itlər də nümayiş etdirilib.

Hərbi paraddan sonra Tramp və vitse-prezident Ceyms Vens çıxış ediblər.

Tramp hərbçilərə təşəkkür edib və xarici düşmənlər qarşısında öz gücü ilə öyünüb:

“Amerikanın düşmənləri öyrəniblər ki, əgər siz Amerika xalqını təhdid etsəniz, əsgərlərimiz sizin arxanızca gələcək”.

Bu arada minlərlə insan ölkə daxilində Tramp administrasiyasının immiqrasiya siyasətinə etiraz edir.

Xəzər
“Cebehinfo.az”