Körpü uçdu: Qatar yola düşdü

Rusiyanın Kursk vilayətinin Jeleznoqorsk rayonunda körpü uçub.
“Cebheinfo.az” xəbər verir ki, hadisə Trosna - Kalinovka avtomobil yolunun 48-ci km-də baş verib.
"Bu gecə Jeleznoqorsk rayonunda, Trosna-Kalinovka avtomobil yolunun 48-ci km-də yük lokomotivi hərəkət edərkən körpü uçub. Qatarın bir hissəsi körpünün altında olan yola düşüb. Lokomotiv yanıb”, - deyə Fövqəladə Hallar Nazirliyi bildirib.
Xəzər
“Cebheinfo.az”