Mirzoyan və Kallas normallaşma prosesini müzakirə etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə telefon danışığı aparıb.
APA Ermənistan XİN-ə istinadən xəbər verir ki, tərəflər üçüncü ölkə vətəndaşlarının İrandan Ermənistan ərazisi vasitəsilə təxliyəsi məsələsinə toxunublar.
Eyni zamanda, Mirzoyan və Kallas Aİ-Ermənistan əlaqələri və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesini də müzakirə ediblər.
"Cebheinfo.az"